Azərbaycan və Əlcəzair arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiya yaradılıb – FƏRMAN

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Əlcəzair arasında ticarət, iqtisadi, elmi və
texniki əməkdaşlıq üzrə Birgə Komissiya yaradılıb.

Trend xəbər verir ki, bu,
Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Hökuməti ilə
Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət,
iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın
yaradılması haqqında Saziş”in təsdiq edilməsi barədə Fərmanında öz
əksini tapıb.

Fərmana əsasən, 2025-ci il noyabrın 4-də Əlcəzair şəhərində
imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq
Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi
və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında
Saziş” təsdiq edilib.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən
sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun
müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin
qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə
yetirildiyi barədə Əlcəzair Xalq Demokratik Respublikası Hökumətinə
bildiriş göndərməlidir.