Rayonlara leysan yağacaq – XƏBƏRDARLIQ

Baş səhifə

Bakı.Trend:

Azərbaycanın rayonlarında dekabrın 16-dan 17-si gündüzədək hava
şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq
ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının
leysan xarakterli olacağı ehtimalı var.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat
verilib.




Bildirilib ki, gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz
bağlaması gözlənilir.

Çaylarda, xüsusən də Quba-Xaçmaz və Lənkəran-Astara bölgəsi
ərazisindən axan bəzi çaylarda sululuğun artacağı ehtimal
olunur.