
Bakı. Trend:
Ukraynanın NATO-ya üzvlüyü artıq müzakirə olunmur.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət üzrə ali
nümayəndəsi Kaya Kallas danışıb.
“Bir halda ki, Ukraynanın NATO-ya üzvlüyü daha müzakirə olunmur,
Avropa İttifaqı gərək həqiqətən ciddi təhlükəsizlik zəmanətləri
ortaya qoymalıdır, hansısa kağızı yox. Bu real qoşunlar, real hərbi
imkanlar olmalıdır”, – deyə Kallas Aİ XİN rəhbərlərinin zirvə
toplantısına gələrkən jurnalistlərə bildirib.
Qeyd edək ki, bu gün keçiriləcək Aİ xarici işlər nazirlərinin
toplantısında Rusiyaya qarşı növbəti sanksiyalar paketinin
təsdiqlənəcəyi gözlənilir.

