Azərbaycan iqtisadiyyatına 9 ayda 4,7 milyard dollar birbaşa xarici investisiya yatırılıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına 4,7 milyard
dollar birbaşa xarici investisiya yatırılıb.

Trend xəbər
verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika
departamentinin direktoru Samir Nəsirov tədiyə balansının
açıqlanmasına həsr olunmuş brifinqə deyib.




“5 milyard dollar kapital repatriasiyası həyata keçirilib.
Ölkədən xaricə 2,038 milyard dollarlıq birbaşa investisiya
yatırılıb. Azərbaycandan ən çox yatırım İsrail iqtisadiyyatına
yönəldilib ki, (542,6 milyon dollar) bu da “Tamar” layihəsi ilə
bağlıdır”, – o vurğulayıb.