Ermənistan İrəvanda iğtişaşlar törədən doqquz Polşa vətəndaşını axtarışa verib

Baş səhifə

Ermənistan UEFA Konfrans Liqasında “Noa” klubu ilə Varşavanın “Legiya” komandası arasında keçirilən matçdan sonra İrəvanda törədilən iğtişaşlara görə doqquz Polşa vətəndaşını axtarışa verib.

APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Məlumata görə, dekabrın 11-də Polşa azarkeşləri komandalarının məğlubiyyətindən sonra əvvəlcə “Vernisaj” bazarında, daha sonra isə restoranda iğtişaşlar törədiblər.

Həmin vaxt 17 nəfər saxlanılıb, onlardan yeddisi barəsində ölkəni tərk etməmək haqqında iltizam tədbiri seçilib. Qalan şəxslər isə axtarışdadır.