“Təhsil və dini biliklər uşaqların gələcəyinə təsir edir” –

Baş səhifə

“Uşaqlarımızı necə formalaşdıracağıqsa, bu, gələcəyə də təsir edəcək”.

Metbuat.az xəbər verir ki, bunu “Dini düşüncə mədəniyyəti pedaqoji perspektivlər” adlı konfransda çıxışı zamanı Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

Biz bilik və bacarıqlarla yanaşı, dəyərləri də uşaqlarımıza təlqin etməliyik:

“Dünyanı dərk etmək üçün üç yol var: biri incəsənət, digəri elm, digəri isə dindir. Bu, müasir dövrün çağırışlarıdır. Müasir texnologiyalar insan kapitalının formalaşmasına təsir edir. Müxtəlif saytlarda əldə olunan biliklər isə informal sayılır. Dinlə bağlı da çoxsaylı məlumatlar daxil olur. Bu, təhsil adamlarının dünyagörüşünü zənginləşdirsə də, bəzən o kontenti yerləşdirənlər xurafata, ekstremizmə yol verirlər. Gənclər bu məlumatlarla tanış olanda düzgün məlumatlana bilmirlər. Təhsil də bu mənada çox önəmlidir. Həm orta, həm ali təhsil müəssisələrində dini biliklərə, komponentlərə yer verilir.

Qeyri-maddi dini elementlər nəsildən nəsilə insanlara ötürülür. Təhsil istiqamətində isə daha çox mənəvi komponentlərə diqqət yetirilir. Təhsilin məqsədi də daha çox mənəvi dəyərləri aşılamaqdır”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.