Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 121,594 milyon ABŞ dolları dəyərində isitmə, soyutma və havalandırma sistemləri idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 % azdır.
Təkcə noyabrda isə Türkiyə Azərbaycana 10,050 milyon ABŞ dolları dəyərində isitmə, soyutma və havalandırma sistemləri ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 16,2 % azdır.
11 ayda Türkiyənin isitmə, soyutma və havalandırma sistemləri ixracının ümumi dəyəri illik müqayisədə 3 % artaraq 6,727 milyard ABŞ dollarına çatıb, noyabrda isə 1,7 % azalaraq 614 milyon ABŞ dollarına düşüb.
Türkiyədən ən çox idxalı Almaniya 712 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 14 % çox), İtaliya 340 milyon ABŞ dolları (14,1 % çox) və Fransa 290 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 17,4 % çox) həyata keçirib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

