“Ailələrin dini bilikləri natamamdır” –

Baş səhifə

“Bütün ailələrin dini bilikləri tam deyil, hətta belə deyərdim, natamam biliklərə malikdirlər”.

Metbuat.az xəbər verir ki, bunu “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” adlı konfransda çıxışı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

Biz dinlə bağlı bilikləri daha çox ətrafdan alırıq:

“Sosial şəbəkələrdə dinlə bağlı məlumatlarda o qədər də düzgün məlumat verilmir. Bir gün Azərbaycanda kifayət qədər dini görüşü olan xadimlər var. Amma məhz dini ayin keçirən din xadimlərinin bilikləri çox deyil”.

Cəmiyyətimiz əsasən üç mənbədən dini məlumatı əldə edir:

“Əgər bu biliklər kifayət qədər etibarlı olmadıqda, alternativ etibarlı, ardıcıl mənbə axtarmalı oluruq. Bu sualın cavabı təhsil və məktəbdə formalaşır. Xüsusilə dini radikalizm və xurafatla mübarizədə məktəblərimiz bu istiqamətdə bizim köməkçimiz ola bilər.

Biz din və təhsil məsələsinə toxunduqda nəzərə almalıyıq ki, Azərbaycan dünyəvi dövlətdir. Onu nəzərə almalıyıq ki, din təkcə şəriət demək deyil, burada bir mənəviyyat məsələsi var. Düşünürəm ki, təhsil bu istiqamətdə bizə kömək olacaq.”

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.