Premyer Liqa: XV tura iki oyunla yekun vurulacaq

Baş səhifə

Bakı. Trend:

Misli Premyer Liqasının XV turuna bu gün iki oyunla yekun
vurulacaq.

Trend xəbər verir ki, əvvəlcə “İmişli” Qubada “Karvan-Yevlax”la üz-üzə gələcək.

Görüş Quba Olimpiya İdman Kompleksinin stadionunda, saat
14:00-da start götürəcək. “İmişli” turnir cədvəlində 15 xalla 9-cu
pillədə qərarlaşıb. 5 xala malik “Karvan-Yevlax” sonuncu –
12-cidir.

Turun son matçı “Palms Sports Arena”da baş tutacaq. “Neftçi”
evdə “Sumqayıt”ı qəbul edəcək. Rauf Cabarovun idarə edəcəyi görüş
saat 19:00-da başlayacaq. “Neftçi” 16 xalla turnir cədvəlinin 8-ci
pilləsində yer alıb. Sumqayıt komandası 26 xalla dördüncüdür.

Misli Premyer Liqası

II dövrə, XV tur

15 dekabr

14:00. “İmişli” – “Karvan-Yevlax”

Hakimlər: Kamranbəy Rəhimov, Pərvin Talıbov, Zöhrab Abbasov,
Vüqar Həsənli.

VAR: İnqilab Məmmədov.

AVAR: Namiq Hüseynov.




Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

Quba Olimpiya İdman Kompleksinin stadionu

19:00. “Neftçi” – “Sumqayıt”

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, İslam
Məmmədov.

VAR: Elçin Məsiyev.

AVAR: Vüsal Məmmədov.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Elçin Mehtiyev.

“Palms Sports Arena”

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində “Şamaxı” “Zirə”ni (2:1), “Sabah” “Turan Tovuz”u (3:1), “Kəpəz” “Qəbələ”ni
(1:0), “Qarabağ” isə “Araz-Naxçıvan”ı (5:1) məğlub edib.