“Bavariya” “Maynts”la heç-heçə edib – Almaniya Bundesliqası

Baş səhifə

Bakı. Trend:

Münhenin “Bavariya” futbol klubu 14-cü turu çərçivəsində
Almaniya çempionatında sonuncu yerdə qərarlaşan “Maynts”la heç-heçə
edib.

Trend-in məlumatına görə, görüş Münhendə “Alyans Arena”da
keçirilib. Oyun 2:2 hesabı ilə başa çatıb.




“Bavariya”nın heyətində qolları Lennart Karl (29-cu dəqiqə) və
Harri Keyn (87-ci, penalti) vurub.

“Maints”ın heyətində Katsper Potulski (45+2) və Lee Ce Son (67)
fərqləniblər.