“Fənərbaxça”ya yeni baş məşqçi gəlir –

Baş səhifə

Türkiyənin “Fənərbaxça” klubu yeni baş məşqçi ilə anlaşmaq üzrədir.

Metbuat.az xəbər verir ki, bu iddia ilə “Sozcü” qəzeti çıxış edib. KİV iki ay əvvəl İstanbul klubunun sükanı arxasına keçən Domeniko Tedeskonun tezliklə yola salınacağını yazıb.

“Sözcü” “Fənərbaxça”nın yeni baş məşqçisinin adını da açıqlayıb. Bildirilib ki, klub rəhbərliyi təcrübəli futbol mütəxəssisi İsmail Kartalla danışıqlar aparır. “Fənərbaxça” yaxın günlərdə İsmail Kartala təslim ediləcək.

Qeyd edək ki, İsmail Kartal “Fənərbaxça” cameəsi üçün yad adam deyil. O, 2014-2015 və 2022-2024-cü illərdə İstanbul klubunun baş məşqçisi olub. “Fənərbaxça” tərəfdarları hələ Maurinyonun dövründə İsmail Kartalın geri qayıtması üçün kampaniya başlatmışdılar.

İsmail Kartalın sonuncu iş yeri İranın “Persepolis” klubu olub. “Persepolis” Kartalın rəhbərliyi ilə oynadığı 16 matçın 8-də qalib gəlib. Dörd oyun bərabərə başa çatıb. Kartalın komandası 4 oyunda meydandan məğlub ayrılıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.