“Pənah Hüseynin dostları həbs olunacaq” –

Baş səhifə

“Pənah Hüseyn provokasiya ilə məşğuldur. Onun məqsədi ictimai rəyi çaşdırmaq və diqqəti başqa səmtə yönəltməkdir. Amma anlamır ki, indi 1992-93-cü illər deyil. Azərbaycan dövləti çox güclüdür, təxribatçıların hamısına yerini göstərəcək”.

Metbuat.az xəbər verir ki, bu sözləri Turan Partiyasının sədri Cahangir Bayoğlu deyib. Siyasətçi Reaksiya TV-yə açıqlamasında sabiq baş nazir Pənah Hüseynin Ramiz Mehdiyevin həbsina dair açıqlamalarını sərt tənqid edib: “Bunların ağlı 1992-ci ilə gedib. Qarşınızda Qarabağ zəfərinə imza atmış güclü Azərbaycan var. Dövlət hamınızın əməllərindən xəbərdardır və sizi layiq olduğunuz yerə göndərəcək”.

Bayoğlu Pənah Hüseynə xəbərdarlıq edib: “O, bütün iqtidarla oynamağı bacarıb. Amma indi əvvəlki dövr deyil. Başa düşür ki, dostları bir-bir həbs olunacaq. Pənah Hüseyn dostlarını həbsdən qurtarmaq üçün suyu bulandırır. Ondan bu mövqeyindən əl çəkməyi tələb edirəm. Gizli anlaşmaları üzə çıxsa, biabır olacaq”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.