Bakı. Trend:
Avstraliyanın Sidney şəhərində keçirilən şənliklər zamanı
silahlı hücum baş verib.
Trend xəbər verir ki,
yayımlanan görüntülərdə əlində tüfəng olan iki silahlı şəxsin
ətrafa atəş açdığı əks olunub.
Polis hücum edənlərin saxlanılması məqsədilə çimərlik zonasında
xüsusi əməliyyat həyata keçirib.
Hüquq-mühafizə orqanlarının “X” sosial şəbəkəsində yaydığı
məlumata əsasən, polis Bondi çimərliyində baş verən hadisəyə dərhal
müdaxilə edib və vətəndaşları həmin ərazidən uzaq durmağa çağırıb.
Bildirilib ki, hadisə yerində olan şəxslər təhlükəsiz yerlərdə
sığınacaq tapmalıdırlar.
“NewsWire”in verdiyi məlumata görə, atışma nəticəsində 10 nəfər
həyatını itirib. Ölənlər arasında uşaqlar və bir polis əməkdaşı da
var. Silahlı şəxslərdən biri zərərsizləşdirilib, digəri isə
yaralanıb və ona ilkin tibbi yardım göstərilir. Məlumatda qeyd
olunur ki, hücumu həyata keçirən şəxslər bu əməliyyata aylar
öncədən hazırlaşıblar.

