Bakı. Trend:
“Monako”nun yarımmüdafiəçisi Pol Poqba məşq zamanı sağ dizindəki
problem səbəbindən komandasının Liqa 1-də “Marsel”ə qarşı 16-cı tur
matçını buraxacaq.
Trend xəbər verir ki,
sözügedən oyun bu gün keçiriləcək.
“O, yaxşı formada deyildi. Dizində yüngül vətər dartılması var.
Bu, ciddi problem deyil”, – komandanın baş məşqçisi Sebastyen
Pokonyoli klubun rəsmi saytına Poqbanın oyunu buraxma səbəbindən
danışarkən bildirib.
Poqba dopinq qadağası səbəbindən 2025-ci ilin yayında azad agent
statusunda “Monako”ya qoşulub. O, bu mövsüm Fransa çempionatında
“Monako”da üç oyun keçirib və qol vurmayıb.

