Almaniyada təyyarə küçəyə məcburi eniş edib

Baş səhifə

Bakı. Trend:

Almaniyanın Manhaym şəhərində tək mühərrikli təyyarənin
hərəkətli küçələrdən birinə məcburi eniş etməsi nəticəsində üç
nəfər xəsarət alıb.

Trend xəbər verir
ki, bu barədə “Tagesschau” qəzeti məlumat yayıb.

Məlumata görə, təyyarədə 23 yaşlı pilot, onun 23 yaşlı köməkçi
pilotu və 37 yaşlı bir kişi olub.




Qəzet yazır ki, pilot ağır, digər iki sərnişin isə yüngül
xəsarətlər alıb. Zərərçəkənlərin hamısı yaxınlıqdakı xəstəxanalara
yerləşdirilib.

Hadisə yerinə polis və fövqəladə hallar xidmətinin əməkdaşları
cəlb olunub. Almaniyanın Federal Təyyarə Qəzasının Təhqiqat İdarəsi
insidentin səbəblərini araşdırır.