Yaponiya Qəzzada atəşkəsə nəzarət üçün yaradılan mərkəzə mütəxəssislər göndərəcək

Baş səhifə

Bakı. Trend:

Yaponiya hökuməti Qəzza zolağında atəşkəs rejiminə nəzarət etmək
məqsədilə ABŞ-nin təşəbbüsü ilə yaradılmış koordinasiya mərkəzinə
mülki mütəxəssislər göndərməyi planlaşdırır.

Trend xəbər verir
ki, bu barədə “Asahi” qəzeti məlumat yayıb.

Qəzetin Yaponiya hökumətindəki mənbələrinə əsasən, Tokio bu
mərkəzin fəaliyyətində yalnız humanitar sahə üzrə iştirak
edəcək.




Bildirilib ki, Yaponiyadan göndəriləcək mütəxəssislər qrupu
beynəlxalq humanitar təşkilatlar və qeyri-hökumət təşkilatlarında
çalışan, infrastrukturun bərpası üzrə ixtisaslaşmış regional
ekspertlərdən ibarət olacaq.

Qeyd olunub ki, hərbi-mülki koordinasiya mərkəzi atəşkəs
razılaşması əldə edildikdən sonra İsrailin cənubunda, Qəzza sərhədi
yaxınlığında yaradılıb. Mərkəz Qəzzadakı vəziyyətlə bağlı real vaxt
rejimində müxtəlif mənbələrdən, o cümlədən kəşfiyyat xarakterli
pilotsuz uçuş aparatlarından və beynəlxalq təşkilatlardan məlumat
toplayacaq.

Məlumata görə, ABŞ-ın rəhbərlik etdiyi bu mərkəzdə 40-dan çox
ölkə və təşkilatın nümayəndələrinin iştirakı nəzərdə tutulur.