Lukaşenko ABŞ sanksiyalarının ləğvinə cavab olaraq 123 nəfəri əfv edib

Baş səhifə

Bakı. Trend:

Belarus Prezidenti Aleksandr Lukaşenko kalium sənayesinə qarşı
ABŞ-nin sanksiyalarının ləğvinə cavab olaraq müxtəlif ölkələrin 123
vətəndaşını azadlığa buraxıb.

Trend xəbər verir
ki, bu barədə Belarus Prezidentinin Mətbuat Xidməti məlumat
yayıb.

Məlumata görə, əfv olunanlar arasında Belarus müxalifətinin
liderlərindən biri olan Mariya Kolesnikova da yer alır.




Qeyd olunub ki, azadlığa buraxılan şəxslər daha əvvəl casusluq,
terrorçuluq, ekstremist fəaliyyət və digər maddələr üzrə məhkum
ediliblər.

Xatırladaq ki, Aleksandr Lukaşenko son dövrlərdə Böyük
Britaniya, ABŞ, Litva, Ukrayna, Latviya, Avstraliya və Yaponiya
vətəndaşları da daxil olmaqla ümumilikdə 156 nəfəri əfv edib.