Braziliya millisinin üzvü “Qalatasaray”a keçə bilər

Baş səhifə

Bakı. Trend:

“Atalanta”nın yarımmüdafiəçisi Ederson karyerasını Türkiyə Super
Liqasında davam etdirə bilər.

Trend xəbər verir ki, bu
barədə türk KİV-ləri məlumat yayıb.




Məlumata görə, “Qalatasaray” braziliyalı futbolçunu heyətinə
qatmaq istəyir. İstanbul nəhəngi Edersonu yanvar ayında icarəyə
götürməyi planlaşdırır. “Sarı-qırmızılar” 26 yaşlı oyunçu üçün
yaxın vaxtlarda İtaliya klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, “Atalanta” Edersonu 2022-ci ilin yayında “Salernitana”dan 23 milyon avroya transfer edib.