Paytaxtda avtomobildən oğurluq edən şəxs ələ keçib

Baş səhifə

Bakı. Trend:

Paytaxtın Nəsimi rayon sakini polisə müraciət edərək ona məxsus
“Hyundai” markalı avtomobildən pul və bank kartının talanmasını
bildirib. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri
tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Bayramov
saxlanılıb.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.




Bildirilib ki, araşdırmalarla onun avtomobilin qapısının açıq
olmasından istifadə edərək talama cinayəti törətdiyi məlum olub.
Bununla kifayətlənməyən E.Bayramov oğurladığı bank kartından da 479
manatı çıxararaq talayıb.

Araşdırma aparılır.