İraqın keçmiş prezidenti BMT-nin qaçqınlar üzrə ali komissarı seçilib

Baş səhifə

Bakı. Trend:

İraqın keçmiş prezidenti Bərham Salih BMT-nin qaçqınlar üzrə ali
komissarı seçilib. Cenevrədə keçirilən seçkilərdə 12 namizəd
mübarizə aparıb.

Trend-in məlumatına görə, Salih bu postda italiyalı Filippo
Qrandini əvəzləyib. O, vəzifəsinin icrasına yanvarın 1-də
başlayacaq.




Bərham Salihin seçilməsini BMT-nin Qaçqınlar Üzrə Ali
Komissarlığı da təsdiqləməlidir.

1960-cı ildə anadan olmuş Bəhram Salih Londonda mühəndislik
təhsili alıb. O, 2018-2022-ci illərdə İraq Respublikasının
prezidenti olub.