ETSN kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTO)

Baş səhifə

Bakı.Trend:

Müasir Azərbaycanın qurucusu və memarı Ümummilli Lider Heydər
Əliyevin anım günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını
ziyarət edib, abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin
əziz xatirəsini böyük ehtiramla anıb.

Trend xəbər
verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat
yayıb.




Bildirilib ki, daha sonra görkəmli oftalmoloq-alim, akademik
Zərifə xanım Əliyevanın xatirəsi yad edilib, məzarı üzərinə gül
dəstələri qoyulub.