Ağ Evdə keçiriləcək UFC yarışına bilet satılmayacaq

Baş səhifə

Bakı. Trend:

Gələn yay Ağ Evdə keçirilməsi planlaşdırılan xüsusi UFC (Mütləq
Döyüş Çempionatı ) çempionatı ictimaiyyətə açıq olmayacaq. Belə ki,
mötəbər turnir üçün biletlərin satılmayacağı artıq təsdilənib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Donald Trampın ad gününə salınmış həmin turnir
barədə UFC-nin şirkəti olan TKO-nun prezidenti Mark Şapiro bir sıra
açıqlamalar verib.




“Bizə sorğular gəlir… Bilet satışı olmayacaq. Bu, maliyyə
baxımından bizə zərər verəcək, amma brend, reklam , qarşılıqlı
əlaqə, şöhrət, mətbuatda işıqlandırma, əldə edilmiş media, reklam
verənlərin marağı baxımından… bu, həqiqətən nəhəng bir
hadisədir”, – o deyib.

Bundan əvvəl Donald Tramp Ağ Evdə təşkil olunana MMA yarışında
azı səkkiz ayrı kateqoriya üzrə titul döyüşlərinin keçirilməsinin
planlaşdırdıldığını bildirmişdi.