Qəzzada leysan yağışları və daşqınlar 12 nəfərin həyatına son qoyub

Baş səhifə

Bakı. Trend:

Qəzzada leysan yağışlarının səbəb olduğu daşqınlar və torpaq
sürüşmələri ilə əlaqədar azı 12 nəfər həyatını itirib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Fələstin anklavında təbii fəlakət azı 13 binanın
çökməsinə səbəb olub. Hadisə yerində axtarış-xilasetmə işləri davam
etdirilir, dağıntılar altında sağ qalanların ola biləcəyi istisna
edilmir.




Fırtına nəticəsində qaçqın düşərgələri su altında qalıb, o
cümlədən Qəzza sektorunun cənubunda, Xan-Yunis şəhəri yaxınlığında
yerləşən humanitar zona Əl-Məvasi də sel sularına qərq olub.

27 mindən çox məcburi köçkün çadırı güclü külək və sel
nəticəsində ya dağılıb, ya da tam yararsız hala düşüb. Təbii
fəlakət anklavın mərkəzində yerləşən Nuseyrat bazarını, eləcə də
Qəzza şəhərindəki liman rayonunu da əhatə edib.