
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 2 076,3 mln. manatlıq məhsul istehsal edilib.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 94,9%, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,7%, kimya sənayesi məhsullarının istehsalı isə 8,7% artıb.
Bildirilir ki, kimya sənayesi məhsullarından polietilen istehsalı 13,2%, etilen istehsalı 12,1%, rezin və plastik kütlə məmulatlarından polietilendən başqa, digər plastmas kisələr və çantalar 95,2%, plastmas, çubuqlar, millər və profillər istehsalı 26,6%, plastmas butulkalar, flakonlar və oxşar məmulatlar istehsalı 24% artıb.
Azərbaycanda istehsal olunan kimya sənayesi məhsulları:
Məhsul növləri | 2025-ci ilin yanvar-noyabr aylarında istehsal edilib | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.12.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
Kimya sənayesi məhsulları | |||
Təsirsiz qazlar, min kub metr | 42 368,3 | 106,1 | 51,9 |
ondan: azot, min kub metr | 22 220,7 | 100,2 | 47 |
Lak-boya məmulatları, ton | 39 024,3 | 102 | 352,2 |
Qeyri-üzvi kimyəvi maddələr, ton | 20 560 | 67,3 | 4 350 |
ondan yod, ton | 185,2 | 96 | 39,2 |
Üzvi kimyəvi maddələr, min ton | 788,3 | 95 | 45 |
ondan: etilen, min ton | 141,3 | 112,1 | 1,1 |
propen (propilen), min ton | 131,6 | 110 | 1,1 |
metanol (metil spirti), min ton | 407,5 | 87 | 33,8 |
Etil spirti, min dkl | 66,3 | 89 | 41,6 |
Gübrə və azot birləşmələri, min ton | 533,9 | 90,2 | 25,6 |
ondan: karbamid, min ton | 533,7 | 90,2 | 25,5 |
İlkin formada plastik kütlə, min ton | 275 | 112,4 | 26,4 |
ondan polietilen, min ton | 136,4 | 113,2 | 8,9 |
Yapışqan və yapışdırıcı maddələr, min ton | 154,9 | 127,8 | 10,8 |


