Bakı. Trend:
Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın
bərpasına və onun maliyyələşdirilməsinə yönləndirilməsini
istəyir.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula
fon der Lyayen bildirib.
Onun sözlərinə görə, Aİ hal-hazırda Rusiya aktivlərinin
müddətsiz şəkildə dondurulması və onların növbəti iki il ərzində
kredit maliyyələşməsi şəklində Ukraynaya ötürülməsi istiqamətində
iş aparır.
Bu plana əsasən, Rusiya yalnız o halda müsadirə olunmuş
aktivlərini geri qaytara biləcək ki, Ukraynanın postmüharibə
dövründəki bərpa prosesi üçün ödənişlər etmiş olsun.
Onun sözlərinə görə, dondurulmuş Rusiya aktivlərindən istifadəyə
dair qərarın gələn həftə Avropa İttifaqı Şurasında qəbul edilməsi
planlaşdırılır.

