Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edib (FOTO)

Baş səhifə

Bakı.Trend:

Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyevin anım günündə Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri
xiyabanı ziyarət edib.

Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.




Bildirilib ki, Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri
qoyulub, xatirəsi dərin hörmət və ehtiramla yad olunub.

Nazirliyin rəhbər heyəti daha sonra görkəmli oftalmoloq-alim,
akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri
düzərək xatirəsinə ehtiram nümayiş etdirib.