Paytaxtda avtomobillərin toqquşması qaz boru kəmərində yanğına səbəb olub

Baş səhifə

Bakı.Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
paytaxtın Nizami rayonu, B.Çobanzadə küçəsində yol-nəqliyyat
qəzasının baş verməsi və nəticədə yanğının yaranması barədə məlumat
daxil olub.

Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.




Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı
“Volkswagen” və “Porsche” markalı minik avtomobillərinin toqquşaraq
yol kənarından keçən qaz boru kəmərini zədələdiyi və nəticədə
kəmərdə yanğın baş verdiyi müəyyən olunub.

Qeyd olunub ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində
qaz boru kəmərində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Avtomobillər, ağaclıq sahə və ətraf ərazilər yanğından mühafizə
olunub.