Əli Əsədov Türkmənistanda İrakli Kobaxidze ilə görüşüb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkmənistana
işgüzar səfəri çərçivəsində dekabrın 11-də Gürcüstanın Baş naziri
İrakli Kobaxidze ilə görüşüb.

Trend xəbər verir ki, bu
barədə Nazirlər Kabineti məlumat yayıb.

Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb.

İ.Kobaxidze Prezident İlham Əliyevin salamlarına görə
minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan dövlətinin
başçısına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının
ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, neft-qaz, yaşıl
enerji, humanitar və digər sahələrdə inkişafından məmnunluq ifadə
olunub.

İki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın gündəliyində
duran aktual məsələlərə xüsusi diqqət yetirilib.