Çində 5,1 maqnitudalı zəlzələ baş verib

Baş səhifə
Çində 5,1 maqnitudalı zəlzələ baş verib

Çinin qərbində yerləşən Tibet muxtar vilayətində 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Yeraltı təkanların episentri Lxas şəhərinin 432 kilometr şimal-qərbində, ocağı isə 3 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barəsində məlumat yoxdur.