
Növbəti köç karvanı Xocalı rayonunun Şuşakənd kəndinə çatıb.
APA xəbər verir ki, bu mərhələdə Şuşakənd kəndinə 14 ailə – 51 nəfər köçürülüb.
***
13.12
Növbəti köç karvanları Xocalı rayonunun Ballıca və Badara kəndlərinə çatıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Ballıca kəndinə 9 ailə – 38 nəfər, Badara kəndinə isə 6 ailə – 18 nəfər köçürülüb.
***
12:07
Xocalı rayonunun Badara, Ballıca və Şuşakənd kəndlərinə növbəti köç karvanları yola salınıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xocalının Badara kəndinə 6 ailə – 18 nəfər, Ballıca kəndinə 9 ailə – 38 nəfər, Şuşakənd kəndinə isə 14 ailə – 51 nəfər köçürüləcək.

