Azərbaycanda neft hasilatı noyabr ayında gündəlik 460 min barel təşkil edib və cari ilin oktyabr səviyyəsində qalıb.
Bu barədə “Report” Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən xəbər verir.
IEA analitiklərinin hesablamalarına görə, Azərbaycanın noyabr ayında neft hasilatı “OPEC+” sazişi çərçivəsində planda nəzərdə tutulandan təxminən gündəlik 90 min barel geri qalıb.
Azərbaycanın “OPEC+” sazişi çərçivəsində bu il üçün neft hasilatı kvotası gündəlik 551 min barel təşkil edir.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

