Kəndi ağlayaraq tərk edən sakinlər indi gülə-gülə geri qayıdırlar.
Bunu “Report”un Xocalıya ezam olunan əməkdaşına açıqlamasında Ballıca kəndinə qayıdan sakin Fərrux Əliyev deyib.
O, kəndi 23 yaşında tərk etdiyini vurğulayıb:
“Şükür, bu gün doğma yurda üç övladım və iki nəvəmlə birgə qayıdıram. Sevincimizin, qürurumuzun həddi-hüdudu yoxdur. Ağlaya-ağlaya, göz yaşı ilə tərk etməyə məcbur olduğumuz kəndə indi hamımız gülə-gülə dönürük”.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

