Keçən ay 28 aptekdə yoxlama aparılıb

Baş səhifə
Keçən ay 28 aptekdə yoxlama aparılıb

Keçən ay 28 aptekdə yoxlama aparılıb.

Bu barədə “Report”a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, yoxlamaların 24-ü Bakıda, digərləri isə ölkənin digər şəhər və rayonlarında olub. Ümumilikdə 22 aptekdə planlı, 6-da isə plandankənar yoxlamalar aparılıb.

Monitorinq zamanı beş aptekdə çatışmazlıqlar aşkarlanaraq İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri ilə protokollar tərtib edilib.