Ermənistanın məqsədi Aİ-yə üzvlükdür, Avrasiya İttifaqından çıxış deyil – Paşinyan

Baş səhifə

Bakı. Trend:

Ermənistanın məqsədi Avropa İttifaqına üzvlükdür, Avrasiya
İqtisadi İttifaqından (Aİİ) çıxış deyil .

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol
Paşinyan Moskvaya yollanmazdan əvvəl Almaniyada verdiyi
mətbuat-konfransında deyib.

Paşinyan vurğulayıb ki, eyni vaxtda iki birliyə üzvlük
mümkünsüzdür.




“Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması bir
tərəfdən özü-özlüyündə məqsəd deyil, lakin digər tərəfdən ölkənin
Avropa İttifaqına üzvlüyü birbaşa məqsəddir. Biz başa düşürük ki,
Aİ və Avrasiya İqtisadi İttifaqında eyni vaxtda üzv olmaq mümkün
deyil. Biz anlayırıq ki, elə bir məqam yaranacaq ki, qərar qəbul
etmək lazım olacaq. Amma hazırda biz həmin məqamda deyilik, yəni
belə bir qərarın qəbuluna indi ehtiyac yoxdur”, – deyə Ermənistanın
Baş naziri bildirib.

Onun sözlərinə görə, hazırda belə bir ehtiyac yoxdursa, Avrasiya
İqtisadi İttifaqından çıxmaq barədə qərar qəbul etməyə də əsas
yoxdur.