“Ayaks” komandası “Qarabağ”la oyunun ikinsi hissəsində daha yaxşı oynayıb.
“Report”un məlumatına görə, bunu Niderlandın “Ayaks” komandasında baş məşqçi səlahiyyətlərini icra edən Fred Qrim mətbuat konfransında deyib.
Mütəxəssis Bakıda “Qarabağ”a qalib gəldikləri (4:2) UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
“Çox gözəl matç idi. Rəqib də keyfiyyətli qollar vurdu. Onların da şansları var idi. Fasilədən sonra, ikinci hissədə daha yaxşı oynadıq. Hesabda geriyə düşmüşdük. Yekunda qalib gəlməyi bacardıq”.
O, yaxşı nəticə qazandıqları üçün məmnun olduğunu vurğulayıb: “Qarabağ” yaxşı oyun sərgilədi. Belə qarşılaşmada kiçik səhvlər həlledici ola bilir”.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

