SOCAR-ın həyata keçirdiyi layihələrin icrası üçün maliyyələşmə mənbələri müzakirə edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

10 dekabr tarixində Azərbaycan Respublikasının Baş naziri,
İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin (AİH)
Müşahidə Şurasının (MŞ) sədri Əli Əsədovun rəhbərliyi ilə iclas
keçirilib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, iclasın gündəliyində
SOCAR-ın dayanıqlı fəaliyyəti barədə təqdimat, o cümlədən, SOCAR
tərəfindən həyata keçirilən layihələr və onların inkişaf
perspektivləri, layihələrin icrası üçün maliyyələşmə mənbələri,
borc portfeli və digər cari məsələlər ətraflı müzakirə olunub.




Gündəlikdə olan məsələlər üzrə SOCAR-ın prezidenti Rövşən Nəcəf
təqdimatla çıxış edib. İclasda eləcə də iqtisadiyyat naziri Mikayıl
Cabbarov, Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov və
AİH-nin Baş icraçı direktoru Ruslan Əlixanov çıxış ediblər.

Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın və AİH-in MŞ-nın
üzvləri tərəfindən müzakirələr aparılıb. İclasın yekununda Şura
üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla SOCAR və ARDNF-ə
müvafiq tapşırıqlar verilib.