
Bakı.Trend:
Astara rayonununda 7 800 abonentin təbii qaz təchizatı müvəqqəti
olaraq dayandırılacaq.
Trend xəbər
verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, Astara rayonunun “Şahağacı” qaz paylayıcı
stansiyasında istismarda olan metal qaz xəttinin üzərində yerləşən
siyirtmədə aşkarlanmış qaz sızmasının aradan qaldırılması məqsədilə
11 dekabr 2025-ci il tarixdə saat 10:00-dan işlər tamamlananadək
Siyəkü, Vaqo, Niləşə, Binəbəy, Həsin, Lələkəpeştə, Şağlazüzə,
Siyakeş, Şıxaməhəllə, Rinə, Pensər, Çayoba, Kakalos, Kolatan, Bala
Şahağacı, Qamışoba, Şiyəkəran, Şahağacı, Təngərüd, Maşxan
kəndlərinin və Kijəbə qəsəbəsinin bir hissəsi olmaqla ümumilikdə 7
800 abonentin təbii qaz təchizatının müvəqqəti olaraq
dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı və
təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməyinizi xahiş
edirik.


