
Bakı. Trend:
Polşa Ukraynaya silahlanmadan çıxarılan “MiQ-29” qırıcılarını
ötürmək niyyətindədir. Bunun əvəzində Ukrayna Varşavaya raket və
dron istehsalı texnologiyalarını təqdim etməlidir.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Baş
Qərargahının “X” sosial şəbəkəsində yaydığı məlumatda
bildirilir.
Məlumata görə, qırıcıların verilməsi onların müəyyən olunmuş
istismar müddətini tamamlaması ilə bağlıdır və Polşa ordusunda
onların bundan sonra modernləşdirilməsi perspektivi yoxdur.
Polşa Silahlı Qüvvələrinin Baş Qərargahından vurğulanıb ki, bu
addım Ukraynanın müttəfiqləri siyasətinin bir hissəsidir və ölkəyə
dəstək göstərmək, təhlükəsizliyini təmin etmək məqsədini güdür.
Polşada hərbi arsenaldan çıxarılmış “MiQ-29”ların “F-16” və
“FA-50” təyyarələri ilə əvəzlənəcəyi gözlənilir.


