“Bir” ekosistemi ötən ayı yeniliklərlə başa vurdu

Baş səhifə

Bakı. Trend:

Qafqazın ilk rəqəmsal ekosistemi “Bir”, müştərilərinin həyatını
asanlaşdırmağa davam edir. Belə ki, ötən ay ərzində ekosistem
brendləri nəqliyyatdan, rəqəmsal ödənişlərədək bir çox yeniliklərlə
müştərilərini sevindirib.

Birbank-la ictimai nəqliyyat sistemində yeni dövr
başladı

Birbank-ın təşəbbüskarlığı və texnoloji dəstəyi ilə həyata
keçirilən layihə çərçivəsində artıq vətəndaşlar, Bakı
Metropolitenində gediş haqqını istənilən banka məxsus təmassız
ödənişi dəstəkləyən (NFC) bank kartları ilə ödəyə bilərlər.
BakıKart-la birgə həyata keçirilən yenilik, təkcə Kapital Bank
müştərilərini deyil, bütün bank sektorunu əhatə edir və digər
bankların müştəriləri üçün də təmassız ödəniş imkanı yaradır.
Həmçinin, yeni sistem “Apple Pay”, “Google Pay” ödəniş sistemləri
ilə yanaşı, “Birbank”, “BakıKart” və “m10” ödənişlərini
dəstəkləməyə davam edir. Bu isə müştərilərə seçim azadlığı və
rahatlıq təqdim edir. Qeyd edək ki, rəqəmsal ödənişləri və ictimai
nəqliyyatdan nağdsız istifadəni dəstəkləyən təmassız (NFC) ödəniş
sisteminin qısa zamanda marşrut avtobuslarında da tətbiqi nəzərdə
tutulur.

Bir Bonusla taksi ödənişləri daha sərfəli
oldu

Bir ekosistemi partnyor şəbəkəsini genişləndirməyə davam edir.
Bu isə müştərilərə qazandıqları bonusları daha geniş arenada
xərcləmək imkanı yaradır. Ötən aydan etibarən Bir Bonuslular
qazandıqları bonusları
Yango
-da taksi gedişlərinin ödənişi zamanı istifadə edə
bilərlər. Bunun üçün Yango tətbiqində Bir ID ilə qeydiyyatdan
keçərək, bonus kabinetini aktivləşdirmək kifayətdir. İstifadəçilər
səfərin dəyərinin 90%-dək hissəsini bonuslarla ödəmək imkanına
sahibdilər. Bir bonus 1 manata bərabərdir və cari bonus balansı
birbaşa Yango tətbiqində əks olunur. Bir ekosistemi və Yango
arasındakı bu əməkdaşlıq müştərilərin gündəlik həyatını
rahatlaşdırmaqla yanaşı, bonuslardan istifadə sferasını da xeyli
genişləndirir. Bu isə istifadəçilərin vaxtına və büdcəsinə əlavə
dəyər qatır.

Birmarket-də “Google Pay” və “Apple Pay”lə ödəniş
rahatlığı




Artıq Birmarket-də alış-veriş edənlər üçün ödəniş rahatlığı
maksimum həddə çatdı. Belə ki, tətbiq edilən yeniliklə
istifadəçilər artıq Birmarket alış-verişlərində ödənişlərini kart
məlumatlarını əlavə etmədən “Google Pay” və ya “Apple Pay”
vasitəsilə rahatlıqla edə bilərlər.

m10 ilə rəqəmsal səsvermə imkanı

Artıq m10 tətbiqində rəqəmsal səsvermə imkanı da mövcuddur. İlk
dəfə “Kəlmə-kəlməyə” layihəsi ilə əməkdaşlıq çərçivəsində tətbiq
edilən yenilik şou dünyasında yeni dövrə start verir. Belə ki, söz
sənətinin həvəskarları dəstəklədikləri iştirakçılara m10 üzərindən
səs verə bilərlər.

m10-da yadda saxlanılmış bank kartı ilə
ödəniş

m10 istifadəçilərinə daha bir rahatlıq təqdim edir. Belə ki,
indi m10 balansı az və ya sıfır olduqda belə istifadəçilər
ödənişləri və köçürmələri birbaşa yadda saxlanılmış bank kartı
vasitəsilə həyata keçirə bilərlər.

Bir ekosistem ölkənin aparıcı
brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir
çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol
Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq
edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri
təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər
partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən,
Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol
Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus
proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar.
Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş,
Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində
qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət
təqdim edir.