TÜİB: Qarabağ və Şərqi Zəngəzurda yeni investisiya layihələri müzakirə edilir

Baş səhifə
TÜİB: Qarabağ və Şərqi Zəngəzurda yeni investisiya layihələri müzakirə edilir

Hazırda Qarabağ və Şərqi Zəngəzurda 5-10 min insanın işlə təmin olunacağı yeni investisiya layihələri müzakirə edilir.

“Report” xəbər verir ki, bunu Türkiyə – Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyn Büyükfırat Bakıda keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumuna dair mətbuat konfrasında bildirib.

Onun sözlərinə görə, bu məsələlərlə bağlı danışıqlar gedir: “Azərbaycandakı imkanlar, tətbiq edilən güzəştlər, xüsusilə yeni yolların açılması, Orta Dəhlizin və İpək Yolunun canlanması yeni üstünlüklər yaradır”, – deyə o qeyd edib.