
Ukraynada britaniyalı hərbçi qəza nəticəsində ölüb.
APA Böyük Britaniya mətbuatına istinadən xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi başlayanadan bəri ilk dəfə britaniyalı hərbçinin ölüm halı baş verib.
Sözügedən hərbçinin adı açıqlanmayıb. Lakin məlumata görə o, cəbhədən uzaqda Ukrayna ordusunun yeni silahların yoxlaması prosesinə nəzarəti həyata keçirərkən qəza nəticəsində həyatını itirib.
Böyük Britaniyanın müdafiə nazirliyi məsələ ilə bağlı əlavə detallar verməyib.
Qeyd edək ki, Böyük Britaniyanın kiçikhəcmli hərbi qüvvələri bu ölkənin Ukraynaya dəstəyini gücləndirmək, eləcə də Kiyevdəki Britaniya səfirliyini mühafizə etmək üçün Ukraynaya ezam olunub.


