Cənubi Koreya Rusiya və Çinin hərbi attaşelərinə etiraz notası verib

Baş səhifə

Bakı. Trend:

Cənubi Koreya Respublikasının Müdafiə Nazirliyi 9 dekabrda
Asiya-Sakit okean regionunda (ASR) Rusiyanın və Çinin birgə hava
patrulu həyata keçirməsi ilə bağlı Seulda Rusiya və Çin Xalq
Respublikasının hərbi attaşelərinə etiraz bildirib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın müdafiə qurumu
məlumat yayıb.




Bildirilib ki, etiraz 10 dekabr tarixində nazirliyin beynəlxalq
siyasət idarəsinin direktoru Li Kvan Sok tərəfindən ifadə olunub.
Seul bəyan edib ki, hava hücumundan müdafiə üzrə tanıma zonasına
daxil olan qonşu ölkələr hərbi təyyarələrin fəaliyyətinə beynəlxalq
hüquqa uyğun şəkildə reaksiya verməyə davam edəcək.

Bundan əvvəl rəsmi Seul, Rusiya və Çin təyyarələrinin Seulun
birtərəfli qaydada müəyyən etdiyi Koreya Respublikasının hava
hücumundan müdafiə tanıma zonasına daxil olduqlarını bəyan
etmişdi.