FHN yağıntılı hava ilə bağlı əhaliyə müraciət edib

Baş səhifə

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hazırda
ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın
11-i gündüzədək davam edəcəyi, yağışın ayrı-ayrı yerlərdə leysan
xarakterli intensiv olacağı, bəzi yerlərdə subasmanın, çaylarda
qısamüddətli sel və daşqının baş verəcəyi proqnozlaşdırılır.

Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi
əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət
etməyə çağırır.




“Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi subasma,
habelə sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq
durmalı, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə
qalxmalı, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl
edilməlidir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!”, –
müraciətdə qeyd olunub.