Rəşid Behbudov küçəsində eyvan uçub, xəsarət alan var

Baş səhifə

Bakıda yaşayış binasının eyvanı uçub.

APA-nın məlumatına görə, hadisə Səbail rayonu ərazisində, Rəşid Behbudov küçəsində baş verib.

Uçan eyvan binanın qarşısından keçən qadının üzərinə düşüb. Nəticədə qadın xəsarət alıb.

Hadisə yerinə aidiyyəti qurumlar cəlb olunub.