Bu ölkə hərbi peykindən çəkilmiş ilk görüntüləri yayımlayıb

Baş səhifə

Bakı. Trend:

Polşada ölkənin hərbi peyklərindən birinin kosmosdan çəkdiyi ilk
görüntülər yayımlanıb.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.




Məlumata görə, Polşanın kəşfiyyat təyinatlı ilk peykləri
noyabrın 28-də Kaliforniyadakı “Vandenberq” Hərbi Hava Qüvvələri
bazasından “SpaceX” şirkətinin “Falcon 9” raketi ilə Yerə yaxın
orbitə buraxılıb.

Qeyd edək ki, bu buraxılış müxtəlif səbəblərdən dəfələrlə təxirə
salınmışdı. Bu vaxtadək Polşanın hərbi peyki olmayıb.