
Bakı. Trend:
Xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması
Elektron Müraciət Sistemi (EMS) vasitəsilə Təhsildə Keyfiyyət
Təminatı Agentliyi tərəfindən həyata keçirilir.
Trend xəbər
verir ki, bu barədə agentlik məlumat yayıb.
Bildirilib ki, EMS-in daha effektiv işləməsi və vətəndaş
məmnunluğunun təmin edilməsi məqsədilə sözügedən sistemdə mütəmadi
olaraq texniki işlər aparılır:
“Qeyd edilənləri nəzərə alaraq, EMS vasitəsilə ərizələrin qəbulu
16.12.2025-ci il tarixindən 02.01.2026-cı il tarixinədək
dayandırılacaq. Ərizəçilərdən qeyd edilənləri nəzərə almaları və ən
geci 16 dekabr 2025-ci il tarixinədək müraciət etmələri xahiş
olunur.

