Vüqar Həşimov Memorialının nüfuzu dünyada həddən artıq böyükdür.
“Report”un Xankəndinə ezam olunmuş əməkdaşının məlumatına görə bunu jurnalistlərə açıqlamasında Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov deyib.
O, Memorialın sayəsində Azərbaycanın dünya şahmatçının diqqət mərkəzində olduğunu deyib:
“Memorialla əlaqədar Azərbaycan dünya şahmatın diqqət mərkəzinə çevrilib. Artıq ikinci dəfədir turnir Qarabağ bölgəsində keçirilir. Torpaqlarıız işğaldan azad olunandan dərhal sonra yarışı bu bölgəyə saldıq. Turnirin nüfuzu dünyada həddən artıq böyükdür. Yeri gəlmişkən yaradılmış şəraitə görə Azərbaycan Respublikasının Prezidentinə təşəkkür edirəm. Standartlara uyğun şərait yaradılıb. Turnir iştirakçılarına uğurlar arzulayıram. Ümid edirəm ki Vüqar Həşimov Memorialı uzun illər yaşayacaq”
Federasiya prezidenti Şəhriyar Məmmədyarovun bu turnirdə iştirak etməməsinin səbəblərini açıqlayıb:
“Şəhriyar Məmmədyarovun iştirak etməməsinə səbəb digər turnirlərlə bağlı verdiyi vədlər və müqavilələrə imza atmasıdır. Bilirsiniz Şəhriyar həmişə bu yarışda iştirak edib, dəfələrlə qalibi olub. O cümlədən 2022-ci ildə keçirilən ilk turnirimizin də qalibi olub. Bu il həqiqətən sərt müqavilələrə qol çəkdiyi üçün iştirakı alınmadı”
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

