Bakı. Trend:
Tailandla yenidən alovlanan münaqişə fonunda Kambocada əlli minə
yaxın insan öz yaşadıqları evləri tərk etmək məcburiyyətində
qalıb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Kamboca İnformasiya Nazirliyi
məlumat yayıb.
“Tailand hərbçiləri və mülki vətəndaşları tərəfindən həyata
keçirilən hərbi hücumlara görə, 4 əyalətin sakinləri qaçmaq və
təhlükəsiz rayonlara yerləşmək məcburiyyətində qalıblar. Məcburi
kökçünlərin sayı 16 568 ailə və ya 54 550 nəfərdən ibarətdir”,-
deyə bəyanatda qeyd olunur.
Nazirliyin məlumatına görə, 9 dekabr tarixində Tailand silahlı
qüvvələri Pousatın qərb bölgəsində yerləşən mülki yaşayış
ərazilərini atəşə tutub. Bildirilir ki, tailandlı hərbçilər hücum
zamanı artilleriyadan – 105 mm və 155 mm çaplı mərmilərdən istifadə
ediblər. Khmer Times qəzetinin yazdığına görə, Tailand Hərbi Hava
Qüvvələrinə məxsus F-16 qırıcıları həmçinin Oddar-Miençey
vilayətinin inzibati mərkəzi olan Samroung şəhərinə bombalar
atıblar. Döyüş təyyarələrinin hücumu nəticəsində binalar və
infrastruktur obyektləri dağıdılıb.

