Rusiyanın İvanovo vilayətində An-22 təyyarəsi qəzaya uğrayıb.
APA-nın Rusiya bürosu Ren TV-yə istinadən xəbər verir ki təyyarədə yeddi heyət üzvü olub.
112 Teleqram kanalının məlumatına görə, qəzaya uğrayan An-22 təyyarəsi Müdafiə Nazirliyinə məxsus olub.
Qəzanın İvanovonun Furmanovski rayonunda baş verdiyi, hazırda təcili yardım xidmətləri hadisə yerində işlədikləri bildirilib.
Hələlik ölən və yaralılar barədə məlumat yoxdur.

