İngiltərə yığmasının futbolçusu həbs olunub

Baş səhifə

Bakı.Trend:

Səudiyyə Ərəbistanının “Əl-Əhli” futbol klubunun hücumçusu və
İngiltərə Milli Komandasının üzvü Ayvan Touni Londonda düşən
əlbəyata dava ilə əlaqədar həbs olunub.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

O, barda yaranan mübahisə zamanı qarşı tərəfə başı ilə zərbə
endirməkdə və zərərçəkənin burnunu sındırmaqda ittiham olunur.
İngiltərə mediasının məlumatına görə, insident zərərçəkənin şəkil
çəkdirmək üçün Touninin boynundan tutmasından sonra baş verib.




Yayılan görüntülərdə polisin onu qandallanmış şəkildə bardan
çıxardığı əksini tapıb.

Touninin 29 yaşı var. O “Əl-Əhli” klubuna 2024-cü ilin avqust
ayında keçib. Buna qədər o bir sıra İngiltərə klublarında çıxış
edib, son klubu isə “Brentford” olub. İngiltərə Millisinin
heyətində o 7 matçda meydana çıxıb, bir qol vurub, bir məhsuldar
ötürmə edib.